Xanım mayorun törətdiyi qəza: Miqrasiya Xidmətinin əməkdaşları xəsarət alıb

Xanım mayorun törətdiyi qəza: Miqrasiya Xidmətinin əməkdaşları xəsarət alıb
30 May 2025 15:12

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gecə saatlarında ağır qəza keçiriblər.

Dövlət Miqrasiya Xidmətinin mayoru, Səbinə Rzayevanın idarə etdiyi avtomobil, içərisində olan  qurumun digər əməkdaşları birgə  Sabunçu rayonu ərazisində ağır qəzaya düşüblər.

News365.az xəbər verir ki, qəza nəticəsində xidməti avtomobil qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə  zamanı Səbinə Rzayeva və digər əməkdaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qarşı tərəfin sürücüsü isə çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə qəzaya  səbəb Səbinə Rzayevanın yol hərəkət qaydalarını pozduğu üçün baş verib.

Hadisə şahidlərinin iddiasına görə qəzanı törədən xanım mayor  əməkdaş avtomobili içkili idarə edirmiş.

News365.az-a verilən məlumata görə,  Səbinə Rzayeva idmançıdır. Bundan istifadə edərək, öz əlaqələri hesabına məsələnin ört-basdır edilməsini istəyir.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada