Almaniya kansleri Olaf Şolz Moskvaya səfər edə bilər. Bu, Almaniyada fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi baş tuta bilər. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
Hebestreyt brifinqdə hökumət rəhbərinin Şolzun məlum seçki tarixindən əvvəl Rusiyaya səfər etmə ehtimalını istisna edib-etmədiyini soruşduqda o, "Bəli" cavabını verib.
Yanvarın 4-də Bundestaqın deputatı Roderix Kizevetter də demişdi ki, Putinin Şolz ilə görüşü fevralın 23-dən əvvəl baş tutacaq.
Almaniya kansleri isə bu cür iddiaların yalan olduğunu və belə bir görüşə dair məsələlərə baxılmadığını bildirib. Görüşü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təkzib edib.
Tural