Ukrayna Silahlı Qüvvələrinin (VSU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna ordusunun Kursk vilayətinin işğalına hazırlıqla bağlı təfərrüatları açıqlayıb. Onun sözlərindən UNIAN agentliyi Telegram kanalında sitat gətirib.
Sırski bildirib ki, Rusiya regionuna hücumdan cəmi 4 nəfər məlumatlı olub. Sırski konkret kimlərdən söz açdığını dəqiqləşdirməyib.
Kursk vilayətinin işğalından əvvəl baş komandan bütün bölmələrə baş çəkib və hər birinə əməliyyatın məqsədləri və hücum üçün məhz bu yerin seçildiyi barədə danışıb. O qeyd edib ki, bəzi komandirlər ondan bunun qanuni olub-olmadığını soruşublar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural