Kənd təsərrüfatında da Ermənistan ixracını genişləndirib: meyvə-tərəvəzdə 9 faiz artım, kartof, qurudulmuş meyvə və şərab ixracında da ciddi yüksəldib.
Hazırda Azərbaycanın bazarlarında Mərkəzi Asiya respublikalarının məhsulları sürətlə artır. Özbəkistandan elektrik avadanlıqları, qızdırıcılar və digər məhsullar artıq geniş şəkildə satılır. Bu fakt göstərir ki, Azərbaycan böyük ölçüdə idxaldan asılı ölkə kimi istehsal gücü olan hər bir ölkə üçün cazibədar bazardır. Ermənistanın Azərbaycan bazarına çıxışı isə onun üçün böyük qazanclara çevrilə bilər.
Nəticədə Ermənistanda sürətlənən istehsal sahələri Azərbaycan hesabına daha da inkişaf edəcəkdir.
Yəqin ermənilər düşünürlər ki, sülh müqaviləsindən 5-10 il sonra Azərbaycandan nefti alıb, Aİ95 istehsal edib, onların özlərinə sata bilərik. Ya da düşünürlər ki, Azərbaycandan çoxsaylı dəmir, aliminium və digər faydalı resursları idxal edib, sonra ondan düzəltdiklərimizi yenidən özlərinə satacağıq. Bəlkə, artıq Özbəkistana bizi qısqanırlar ki, niyə biz Azərbaycanla birbaşa sərhəddə olduğumuz halda Azərbaycan əhalisi Özbəkistanın istehsal etdiyi su qızdırıcılarını alır?
Deməli, Simonyan düşündüklərinin çoxunu hələ dilinə gətirməyib.
Eldəniz Əmirov, iqtisadçı ekspert