“Şimali Koreyanın silahları Rusiyaya heç nə qazandırmır” - Elçin Alıoğlu

“Şimali Koreyanın silahları Rusiyaya heç nə qazandırmır” - Elçin Alıoğlu
11:47

Şimali Koreyanın Rusiyaya hərbi dəstək göndərməsi ilə bağlı yayılan məlumatlar real vəziyyəti əks etdirmir.

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib ki, bu ölkənin Rusiyaya 12 milyon dollar dəyərində yardım göndərməsi barədə məlumatlar saxtadır.

“Şimali Koreyanın bu məbləğdə yardım etməsi absurddur. Onların belə hesablama imkanları belə yoxdur. Ölkədə cəmi altı mühasibatlıq qurumu var. Onlar 2004-cü ildə Rusiyaya sadəcə 2 milyon dollar göndərmişdilər. Ümumilikdə bu dəstəyin 6 milyon dolları keçmədiyi məlumdur,” – deyə politoloq vurğulayıb.

Alıoğlunun sözlərinə görə, Şimali Koreyanın 122 mm, 120 mm və ya 152 mm-lik artilleriya mərmiləri göndərməsi də hərbi baxımdan ciddi dəyişiklik yaratmayacaq:

“Hər bir artilleriya qurğusunun atəş limitləri var – məsələn, 100, 1000 və ya 1500 atışdan sonra topların mexanizmləri sıradan çıxır. Hazırda Rusiyanın bir çox artilleriya bölmələri sıradan çıxıb. Sovet dövründə, 1950-ci illərdə gətirilən tanklar bu gün də artilleriya dəstəyi kimi istifadə olunur.”

Politoloq həmçinin qeyd edib ki, Şimali Koreya ordusunun silah və texnikaları döyüş meydanında effektiv sayılmır və Rusiyaya ötürülməsi də heç bir real təsir doğura bilməz:

“F-35-lərin pilotsuz uçuş aparatları və radio-elektron kəşfiyyat sistemləri ilə müasir müharibə aparıldığı bir dövrdə, Şimali Koreyanın silahları Rusiyaya heç nə qazandırmır,” – deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada