Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycana aid anklavların mövcud olduğunu açıqlayıb.
“Eksklav və anklav məsələsi həmişə müzakirə mövzusu olub və bu problem həllini tapmalıdır. Mən, eləcə də Ermənistan hökuməti, heç bir formada bu məsələdən imtina edə bilməz”, – deyə Paşinyan bildirib.
News365.az xəbər verir ki, baş nazir vurğulayıb ki, sözügedən ərazilər Azərbaycanın suveren torpaqlarıdır və bu, Almatı bəyannaməsində təsbit edilib. O, həmçinin Gədəbəy rayonunda yerləşən Başkənd kəndinin də onlara aid olduğunu iddia edib:
"Bizim Artsvaşenlə (Başkənd) bağlı mövqeyimiz qalmaqdadır. Praqa razılaşmasına əsasən, biz institusionallaşma yolu ilə gedirik və bu yolu davam etdirəcəyik".