"İsrailin əsas hədəfi Qaza bölgəsində Həmasdır" Zeynal Əmrəliyev

"İsrailin əsas hədəfi Qaza bölgəsində Həmasdır" Zeynal Əmrəliyev
15:10

"İsrailin əsas hədəfi Qaza bölgəsində Həmasdır".

Politoloq Zeynal Əmrəliyev News365.az-a açıqlamasında bildirib ki, İsrailin Fələstinə qarşı siyasətində əsas fokus Qaza bölgəsindəki Həmas hərəkatının nəzarətini zəiflətməkdir.

Əmrəliyev qeyd edib ki, 2006-2008-ci illərdə Həmas Fələstin parlament seçkilərində qələbə qazanaraq İsmail Xaniyyənin rəhbərliyi altında hökumət formalaşdırmışdı. Sonrakı illərdə isə Həmas Qaza bölgəsini tam nəzarət altına aldı. Bu, radikal və islamçı qrupun İsrailə qarşı mövqeyini gücləndirdi və İsrailin təhlükəsizliyi üçün real təhdid yaratdı.

Politoloq əlavə edib ki, o dövrdə Oğul Meydinin rəhbərlik etdiyi hökumət Qaza bölgəsində əməliyyatlar aparmaq siyasətini dəstəkləmiş və bu siyasət sonrakı illərdə davam etdirilmişdir. Zeynal Əmrəliyev vurğulayıb ki, İsrailin hədəfi yalnız Həmas deyil, Qaza bölgəsinin strateji nəzarətini təmin etmək və öz təhlükəsizlik maraqlarını qorumaqdır.


Sizin reklam burada
Sizin reklam burada