Siciliya adasında meşə yanğınları yenidən başlayıb

Siciliya adasında meşə yanğınları yenidən başlayıb
25 İyl 2025 17:06

İtaliyanın Siciliya adasında meşə yanğınları yenidən başlayıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki, Palermo yaxınlığında baş verən yanğından sonra bu dəfə alov Partiniko və San Giuseppe Jato qəsəbələri arasında yayılıb.

Külək və quraqlıq yanğının sürətlə genişlənməsinə səbəb olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib, bəzi sakinlər təxliyə olunub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada