Çin sədri Si Szinpin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın 20 yanvarda baş tatacaq andiçmə mərasimində iştirak etmək üçün yüksək vəzifəli şəxsi ABŞ-a göndərəcək.
News365.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, ABŞ-a gedəcək namizədlər arasında vitse-prezident Han Zhen və xarici işlər naziri Van Yi də var.
Eyni zamanda, Vaşinqton mərasimdə ABŞ hakimiyyətinin Çin siyasətində mühüm fiqur hesab etdiyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin rəhbəri Tsay Qinin də iştirak edəcəyini gözləyir.
Qeyd edək ki, Tramp Szinpini andiçmə mərasiminə dəvt edib.