Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib

Səudiyyə Ərəbistanı bu gecə 27 PUA və 6 ballistik raket zərərsizləşdib
16:20

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri ər-Riyad və Şarqiyyə regionlarında gecə yarıdan indiyədək 27 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əl-Xərc rayonuna atılmış 6 ballistik raket də zərərsizləşdirilib.

Bunu Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatlarını genişləndirib.


Sizin reklam burada
Sizin reklam burada