Səudiyyə Ərəbistanı Əbu-Dabidəki konsulu Abdullah bin Mansuru, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bir neçə səudiyyəli iş adamını geri çağırıb.
News365.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında münasibətlər sürətlə pisləşir.
Bu arada, hər iki tərəf fəal şəkildə ABŞ silahlarını, eləcə də bəzi Çin silahlarını satın almağa davam edir və həmin silahlardan bir-birlərinə qarşı istifadə etmələri istisna deyil.
Qeyd edək ki, hazırda Türkiyə tərəflər arasında mümkün eskalasıyanın qarşısını almaq üçün səylər göstərir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə də telefon danışığı aparıb. Danışıqlar zamanı Yəməndəki son vəziyyət və ölkədə baş verən hadisələr müzakirə olunub.