Şərurda yol qəzası zamanı nəticəsində qaz xətti sıradan çıxıb, bir sıra kəndlər qazsız qalıb

Şərurda yol qəzası zamanı nəticəsində qaz xətti sıradan çıxıb, bir sıra kəndlər qazsız qalıb
16:02

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.


Sizin reklam burada
Sizin reklam burada