Sərnişinlərin neçə faizi avtobus nəqliyyatının hazırkı vəziyyətindən narazıdır?

Sərnişinlərin neçə faizi avtobus nəqliyyatının hazırkı vəziyyətindən narazıdır?
14 Apr 2025 09:58

Bakı və Sumqayıt şəhərində yaşayan sakinlərin 57.7%-ni hazırkı avtobus xidməti qane etmir.

News365.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi və ictimai nəqliyyatın fəaliyyəti ilə  bağlı Mərkəz sosioloji keçirib. Sorğu nəticəsində bir sıra mühüm nəticələri üzə çıxarıb.

Bakı və Abşeron sakinləri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 77.7%-i avtobusdan, 75.3%-i taksidən, 59.7%-i metrodan, 6.2%-i şəhərətrafı dəmiryolundan, 4.4%-i digər nəqliyyat vasitələrindən istifadə edir. 10.7% ictimai nəqliyyatdan istifadə etmir.

Avtobus nəqliyyatının hazırkı vəziyyəti respondentlərin 57.7%-ni qane etmir. Bu göstərici metro xidmətləri üzrə 24.7%-ə, taksilər üzrə 22.9%-ə bərabərdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada