Sənədsiz evlərlə bağlı parlamentdə komissiya yaradılsın - Razi Nurullayevdən TƏKLİF

Sənədsiz evlərlə bağlı parlamentdə komissiya yaradılsın - Razi Nurullayevdən TƏKLİF
09:15

“Ölkədə vətəndaşların yaşadıqları evlərin sənədləşdirilməsi ilə bağlı problemlər var. Ölkə başçısının bununla bağlı sərəncamı da var. Bununla belə bu problemin həlli ilbəil uzanır. Doğrudur problemin həllinə əngəl olan obyektiv səbəblər də var. Amma bu məsələdə daha sürətli məsləhətli və məşvərətli işin aparılması mümkündür. Bu hesaba ən azı cəmiyyət problemin həllində atılan addımlar barədə davamlı məlumat ala bilər”.

News365.az xəbər verir ki, bunu parlamentin son iclasında Millət vəkili Razi Nurullayev deyib. O, məsələnin həllinin uzanmasının qarşısını almaq üçün parlament komissiyasının yaradılmasını təklif edib:

“Hesab edirəm ki, parlament bu məsələd çox iş görə bilər. Həm səmərəli kordinasiya yaradıla, həm də qanunvericilikdə müəyyən dəyişikliklər etməkdə parlament komissiyası çox fayda verər.  Etiraf edək ki, sənədsiz evlər problemi bütün ölkədə mövcuddur. Rayonlarda adamlar var ki, 40-50 ildir ki, ev tikib içində yaşayır. Amma ya səhlənkarlıq, ya da bürokratik əngəllər üzündən zamanında o evləri sənədləşdirə bilməyiblər. Bu səbəbdən insanlar evlərinə qaz, işıq və digər kommunikasiya xətlərini də çəkə bilmir. Ona görə də parlamentin bu məsələyə diqqət etməsi çox vacibdir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada