Şəmsi Səmədzadə həbs olundu

Şəmsi Səmədzadə həbs olundu
18:40

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

News365.az Demokrat.az-a  istinadən xəbər verir ki, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də Demokrat.az-a təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.



Sizin reklam burada
Sizin reklam burada