İran İraqa qaz tədarükünü bərpa edib

İran İraqa qaz tədarükünü bərpa edib
21 Mar 2026 22:20

İran şənbə günü İraqa qaz tədarükünü bərpa edib.

News365.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı İraqın Energetika Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İran qazı yenidən gündəlik 5 milyon kubmetr həcmində İraq ərazisinə daxil olur", - məlumatda deyilir.

Telekanal qeyd edib ki, İraqda elektrik enerjisi istehsalı İrandan qaz idxalından asılıdır.

İraqa qaz ixracı martın 19-da ABŞ-İsrail birgə hərbi əməliyyatı zamanı İranın "Cənubi Pars" qaz yatağına zərbə endirildikdən sonra dayandırılıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl Tehran və Bağdad arasında yay aylarında gündəlik təxminən 50 milyon kubmetr, qış aylarında isə təxminən 25 milyon kubmetr qaz tədarükünə dair razılaşma qüvvədə olub.


Sizin reklam burada
Sizin reklam burada