ABŞ, İsrail və İran arasında müharibə daha da uzana bilər.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Müharibəni İsrail başlayıb. Problem ondadır ki, İsrail sülh istəmir. Biz bu faktı hər yerdə, hər fürsətdə vurğulayırıq".
Nazir Fidan Körfəz ölkələrində müharibənin daha iki-üç həftə davam edə biləcəyini və İsrailin ABŞ-yə təsir göstərərək müharibəni uzatmağa çalışacağını vurğulayıb.