Tramp prezidentliyi dövründə Ağ Evdə çox dövlət başçısını qəbul edib. Lakin həmin görüşlərdəki istehzalar, zarafatlar, mesajlar, atmacalar - əslində süni diplomatik etiket pərdəsinə bürünmüş həqiqətləri deməklə liderləri şok vəziyyətinə salması bu vaxta qədər dəyərləndirilməmiş əsl komediya formatıdır.
Məsələn:
Tramp Türkiyənin prezidentini qəbul edərkən özünün hakimiyyətdən uzun zaman uzaq tutulmasından, seçkilərin saxtalaşdırılmasından danışmağa başlayır və Rəcəb Tayyib Ərdoğana işarə edərək deyir:
- O, seçki saxtakarlığının nə olduğunu hamıdan yaxşı bilir.
Almaniya kansleri Mertslə danışarkən Merts uzaqdan başlayır:
- İyunun 6-ı amerikanların Avropada müharibəni bitirərək Normandiyaya ayaq basmalarının ildönümüdür.
Tramp:
- Bu, sizin üçün o qədər də yaxşı gün deyildi, hə?
Merts dili topuq vura-vura vəziyyətdən çıxmağa çalışır:
- Mister prezident, mister prezident...
Trampsa davam edir:
- Hə, o yaxşı gün deyildi..
Yaponiyanın baş naziri Sanae Takaiti də bu arada özünü naqolay hiss edib. Yapon jurnalisti:
- Siz İrana hücum edəcəyinizi nə üçün əvvəlcədən bildirməmisiz?
Tramp:
- Biz sürpriz etmək istəmişik. Sürprizlər haqqında Yaponiyadan çox bilən var? Nə üçün siz mənə Pörl Harbor barədə heç nə danışmamısız? Razılaşdıq?
Sanae Takaiti:
- Bəli.
Kim nə deyir desin, Amerikanın gücü məhz Trampın prezidentliyində üzə çıxdı. ABŞ-ın onun kimi dəlisov, amma çox səmimi prezidenti olmayıb, məncə, olmayacaq da.
Özü də etiraf edib: "Bunları məndən başqa heç kim etməyəcək!"
Arzu Qaziyeva