Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdır.
News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.