Oğuzda oğlunu bıçaqlayan şəxs saxlanılıb

Oğuzda oğlunu bıçaqlayan şəxs saxlanılıb
21 Mar 2026 22:00

Oğuz rayonunda ata oğlunu bıçaqlayıb.

News365.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində baş verib.

Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib.

Zaur Məmmədov xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada