Türk
Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqəndin
İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması münasibətilə keçirilən
mərasimdə iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım
Aktotı Raimkulova, Səmərqənd şəhərinin “İslam Dünyasının Mədəniyyət Paytaxtı –
2025” elan olunması münasibətilə
keçirilən rəsmi mərasimdə açılış nitqi ilə çıxış edib.
Səmərqənd, iki min beş yüz ildən artıqdır ki,
sivilizasiyalarının qovşağı və Orta Asiyada Böyük İpək Yolunun əsas
mərkəzlərindən biri kimi fəaliyyət göstərmiş, dünyanın ən qədim və şöhrətli
şəhərlərindən biridir. Bu fəxri statusun verilməsi şəhərin tarixi və mədəni
əhəmiyyətinin yüksək qiymətləndirildiyini göstərir.
Türk Mədəniyyəti və İrsi Fondu həm İslam, həm də
Türk dünyasının mənəvi irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun
inkişafına xidmət edən bu təşəbbüsü tam şəkildə dəstəkləyir.
Mərasimdə 20-dən çox ölkənin nümayəndələri, eləcə
də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir yüksək
təşkilatçılıq səviyyəsində baş tutub. Fond bu əlamətdar hadisə münasibətilə
Özbəkistan Respublikasını səmimi qəlbdən təbrik edir və ölkəyə davamlı inkişaf
və rifah arzulayır.
Həmçinin böyük məmnuniyyətlə bildiririk ki, qardaş
Özbəkistan dövləti Türk Mədəniyyəti və İrsi Fonduna rəsmi olaraq tamhüquqlu üzv
kimi qoşulub. Bu mühüm addım mədəni əməkdaşlığın genişlənməsi və birgə
təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açacaqdır.