Selfi çəkmək istədi: qayalıqdan yıxıldı

Selfi çəkmək istədi: qayalıqdan yıxıldı
08 Fev 2025 17:48

Türkiyənin Antalya şəhərində rusiyalı turist qadın selfi çəkərkən yıxılıb.

News365.az xəbər verir ki, məlumatı “ Shot” Teleqram kanalı yayıb.

Bildirilib ki, hadisə Antalyanın Muradpaşa rayonunda baş verib.

28 yaşlı Nailə Vahidova (Nailə Vohidova) selfi çəkmək üçün qayalara dırmaşıb, lakin tarazlığını itirərək hündürlükdən birbaşa sal daşların üzərinə yıxılıb.

Yerli sakinlər xəsarət almış qızı görüb təcili yardım xidmətinə zəng ediblər.

Qadının ayağında ciddi xəsarətlər aşkarlanıb.


Sizin reklam burada
Sizin reklam burada