Səhnədə qorxulu anlar: Aslı Bekiroğlu xəsarət aldı

Səhnədə qorxulu anlar: Aslı Bekiroğlu xəsarət aldı
12:42

Məşhur aktrisa Aslı Bekiroğlu səhnədə yaşanan gözlənilməz hadisə ilə tamaşaçıları təşvişə salıb.

News365.az-ın məlumatına görə, aktrisanın baş rolda çıxış etdiyi “Sil Baştan” tamaşası zamanı səhnə dekorasiyasında baş verən nasazlıq bədbəxt hadisəyə səbəb olub. Belə ki, səhnə rekviziti kimi istifadə edilən qapı qəfil yerindən çıxaraq Aslı Bekiroğlunun baş nahiyəsinə dəyib.

Hadisə anı zalda əyləşən tamaşaçılar arasında qısa müddətli panika yaradıb. Buna baxmayaraq, aktrisa səhnəni tərk etməyərək peşəkarlıq nümayiş etdirib və rolunu tamaşanın sonunadək davam etdirib.

Tamaşa başa çatdıqdan sonra Bekiroğluna dərhal tibbi yardım göstərilib. Ehtiyat tədbiri olaraq xəstəxanaya aparılan aktrisa MRT müayinəsindən keçirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir.



Sizin reklam burada
Sizin reklam burada