Şəhid qardaşını aldadıb pulunu aldılar- ŞOK İDDİA

Şəhid qardaşını aldadıb pulunu aldılar- ŞOK İDDİA
11:28

Şəhidin qardaşı yeni doğulmuş körpəsi üçün uşaq geyimi almaq məqsədilə “__babybrend__1” adlı İnstagram səhifəsi vasitəsilə onlayn sifariş verib. O, məhsulların çatdırılması üçün qarşı tərəfə 100 manat ödəniş edib.

News365.az xəbər verir ki, iddiaya görə, ödəniş qəbul edilsə də, körpə geyimləri ünvanına çatdırılmayıb. Nəticədə şəhid qardaşı həm maddi ziyana düşüb, həm də qarşı tərəfdən heç bir geri dönüş ala bilməyib.

Hadisə ilə bağlı zərərçəkənin sosial şəbəkə üzərindən təchizatçı ilə əlaqə yaratmağa çalışdığı, lakin nəticə əldə edə bilmədiyi bildirilir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil.



Sizin reklam burada
Sizin reklam burada