"Səhhətim mükəmməl vəziyyətdədir" - TRAMP

"Səhhətim mükəmməl vəziyyətdədir" - TRAMP
17:43

ABŞ Prezidenti Donald Trampın səhhəti əla vəziyyətdədir.

News365.az xəbər verir ki, o bu barədə özünün “Truth Social” hesabında yazıb.

    “Ağ Evin həkimləri indicə məruzə etdilər ki, səhhətim əladır. İndiyə qədər heç bir digər prezidentin, vitse-prezidentin keçmək istəmədiyi koqnitiv yoxlanışım mükəmməl keçib. Düşünürəm ki, prezidentliyə və ya vitse-prezidentliyə namizədlik irəli sürən istənilən insan bu güclü, mənalı və sübut olunmuş koqnitiv yoxlanışdan keçməlidir. Bizim böyük ölkəmiz axmaq və bacarıqsız insanlar tərəfindən idarə oluna bilməz”, - Tramp vurğulayıb.


    Sizin reklam burada
    Sizin reklam burada