Şəhərin mərkəzindəki restoranlarda yeməklər sadəcə qızdırılır- ŞOK AÇIQLAMA

Şəhərin mərkəzindəki restoranlarda yeməklər sadəcə qızdırılır- ŞOK AÇIQLAMA
09 Apr 2025 10:40

"Mərkəzdə yerləşən, bəlkə də ən nüfuzlu yerli restoranların birində sadəcə yeməyi qızdırırlar. Yəni haradasa bişirib gətirirlər, burada isə sadəcə qızdırıb camaata verirlər."

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Tv365 kanalında deyib.

"Qida Təhlükəsizliyi Agentliyi yaranandan biz çalışırıq ki, onlar daha effektiv işləsinlər və müəyyən işlər görürlər. Lakin nə iş görsələr də, o zəruri olsa da, kifayət etmir – çox təəssüf. Ona görə zəruriliyi aydındır, amma kifayət etmir ki, onlar bu segmenti, yəni qida segmentini tam əhatə edə bilmirlər. Və yaxud qanunlar onları məhdudlaşdırır, ya da onların öz nizamnamələri. Nizamnamələrində çevik yoxlama mexanizmi yoxdur. Kadr çatışmazlıqları var? Yox. Ümumiyyətlə, hökumətin biznes qurumları üçün yaratdığı, dünyanın heç bir ölkəsində olmayan son dərəcə rahat bir şərait var. Yəni biznes qurumlarını heç kim yoxlaya bilməz, orada heç müşahidə də aparıla bilməz. Bağlı qapılar arxasında nə iş görürsənsə, gör – dövlət biznes qurumlarına böyük inam göstərir, belə bir şərait yaradıb. Bu, yaxşı haldır. Lakin qida məsələsində mən düşünürəm ki, bu vəziyyət dəyişməlidir.

Yəni Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparmaq üçün uzun bir prosedurdan keçməlidir, bürokratik bir prosedurdan. Dörd gün əvvəl qarşı tərəfə məlumat verməlidir ki, “gəlirik sizi yoxlamağa, qanunvericiliyə əsasən gəlirik, nəyi yoxlayacağıq?” Qida Təhlükəsizliyi Agentliyi bu bildirişləri edib, restoranın mətbəxində, avadanlıqlarında nələrsə görür, amma əvvəlcədən xəbər verildiyinə görə heç nə tapılmır.

Biz bir televiziya layihəsi çərçivəsində, könüllü şəkildə, bir neçə il ərzində şəhərdə olan bir çox restoranların mətbəxlərində araşdırma aparmışıq. Məlum olduğu kimi, şəhərin ən mərkəzində yerləşən, ən prestijli, zalı çox bərli, zəngin olan restoranların mətbəxləri çox bərbad vəziyyətdədir. Çox bərbad vəziyyətdədir və ora sanitarlar da baxa bilmirlər. Hətta biri – lap mərkəzdə yerləşən, bəlkə də ən nüfuzlu yerli restoranlardan biri – orada sadəcə yeməyi qızdırırlar. Yəni haradasa bişirib gətirirlər, burada isə sadəcə qızdırıb camaata verirlər.

Yalnız bir restoranla razılığa gələ bildik ki, onlar mətbəxə kameralar quraşdırdılar və zalda oturan insanlar, yəni yemək yeyənlər, kameralar vasitəsilə monitorlardan mətbəxi izləyə bildilər. Təsəvvür edin ki, bu təcrübə geniş yayılmalıdır. Deməli, bunu etmək mümkündür. Əlbəttə, çətin bir şey deyil. Bunu dediyim kimi, açıq mətbəxi olan restoranlar da ölkədə var – bu, çox yaxşı haldır. Mənim qonaqlarım da razı qalır, çünki bu seçimləri mən edirəm."


Sizin reklam burada
Sizin reklam burada