Səfir: Missiyam Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək

Səfir: Missiyam Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək
19:45

Azərbaycanla əlaqələrin inkişafı üçün bütün komandamızla işləməyə hazıram. 

News365.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt xarici işlər naziri Ceyhun Bayramov ilə görüşünə dair “X” paylaşımında bildirib.

Sofi Laqutt ölkələr arasında münasibətlərin inkişafı üçün bütün komanda ilə birgə çalışacağını bildirib. O qeyd edib ki, missiyası Fransa ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsinə, soydaşların münasibətlərinə və Fransanın Azərbaycandakı fəaliyyətinə xidmət edəcək.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə bu ilk görüşdən sonra mən bütün Fransa səfirliyi komandası ilə Azərbaycan Fransız İnstitutunun kollektivi və ölkələrimiz arasında əlaqələri dəstəkləyən tərəfdaşlarla bu məqsədlər üçün işləməyə hazıram!”, - səfir bildirib.

Qeyd edək ki, 
Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt bu gün etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.


Sizin reklam burada
Sizin reklam burada