“Putin qalib elan edir, Türkiyə ateşkəs üçün hazırlıq görür” - İlham İsmayıl

“Putin qalib elan edir, Türkiyə ateşkəs üçün hazırlıq görür” - İlham İsmayıl
14:08

“Putin irəliləyir, Türkiyə ateşkəs müzakirələrinə hazırlıq görür”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, Donbass bölgəsində vəziyyətin gərginləşməsi və Rusiya ordusunun irəliləməsi fonunda Türkiyə bu sahədə koordinasiyalı siyasət yürüdür və ateşkəs müzakirələri üçün hazırlıq görür.

İlham İsmayılın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin özünü qalib elan etmək və müharibəni öz şərtləri ilə idarə etmək niyyətindədir:

“Mən əvvəldən deyirdim ki, Rusiya Donbassı tam nəzarət altına alacaq, Bakrovska və Mirnograd ələ keçiriləcək. Putin qalib olduğunu elan edib, öz şərtlərini irəli sürərək müharibəni sona çatdırmaq və ateşkəsi öz xeyrinə qurmaq istəyir. O, artıq üç-dörd ay əvvəl belə bir addım atmaq niyyətində olduğunu demişdi, amma bu dəfə öz qərarını icra etmək istəyir və əlavə şərtlər tələb edir,” – deyə ekspert bildirib.

O qeyd edib ki, bu prosesdə Türkiyə də öncədən hazırlıq görüb:

“Türkiyə bu situasiyanı hiss etdi və mümkün müzakirələr üçün hazırlıq gördü. Rusiya ordusunun irəliləməsi çətin olsa da, bu addımlar atılır. Qaradənizdə müəyyən işlər görülür, taxıl məsələləri və digər sahələrlə bağlı hazırlıqlar aparılır. Əgər ortada bu koordinasiya olmasaydı, Türkiyə məsələyə müdaxilə etməzdi,” – İlham İsmayıl əlavə edib.

Ekspert vurğulayıb ki, bu hazırlıqlar həm Rusiya hərbi addımlarına, həm də 27 Noyabrda qüvvəyə minəcək sanksiyalara cavab olaraq həyata keçirilir. Bu səbəbdən Türkiyə tərəfi müzakirələri əvvəldən planlaşdırıb və həm siyasət, həm də strateji baxımdan vəziyyəti diqqətlə izləyir.


Sizin reklam burada
Sizin reklam burada