Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub
03 Noy 2025 16:54

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bir müddət öncə Balıkesir vilayətində 5 və 4,9 maqnitudalı zəlzələlər olub və bu günə qədər ərazidə yüzlərlə afterşok qeydə alınıb.



Sizin reklam burada
Sizin reklam burada