“Paşinyanın çıxışları təqdirə layiq olsa da, keçmiş siyasəti unudulmur”
Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş Naziri Nikol Paşinyan klassik erməni siyasətçi zənciri çərçivəsində fəaliyyət göstərmişdir.
Həsənbəyli vurğulayıb ki, Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi Azərbaycan üçün unudulmazdır və heç vaxt unudulmayacaq.
“Paşinyanın hakimiyyətdə olduğu dönəmdə Azərbaycan torpaqlarına qarşı yönələn hərbi müdaxilələr, üç mindən artıq şəhidimiz və minlərlə qazimizin taleyi unudulmur. Paşinyan hökumətinin bu gün də silahlanmağa rəvaz verdiyini biz unutmarıq. Buna baxmayaraq, onun hazırkı çıxışları, hökumətin qarşısında və ya erməni toplumuna ünvanlanan mesajları, çarəsizlikdən doğan qənayət kimi təqdirə layiqdir,” – deyə Həsənbəyli bildirib.
Politoloq qeyd edib ki, Paşinyan fərqindədir ki, erməni milləti yüz illər boyu başqa dövlət və xalqların əlində vasitə rolunu oynayıb:
“Qarabağ münaqişəsi süni yaradılmış münaqişə idi. Paşinyan bilir ki, bu coğrafiya onlara aid deyil. Hətta erməni alimləri də bunu təsdiqləyirlər: erməni milləti əslində qaraci millətinin bir qoludur və Hindistandan gəlmiş bir toplumdur. Onlar hər hansı ərazidə məskunlaşdıqda, qısa müddətdən sonra həmin ərazini özləri üçün hesab edirlər,” – deyə ekspert bildirib.
Bakir Həsənbəyli həmçinin xatırladıb ki, erməni siyasətçiləri tərəfindən gizlədilən və geniş publikaya açıqlanmayan sənədlər mövcuddur:
“Məsələn, səfirinin Rus çarına yazdığı məktub. Çar oradakı ermənilərin vəziyyətinə dair suallar verərkən, erməni siyasətləri bu məlumatları həmişə gizlədib və ört-basdır edib,” – deyə politoloq əlavə edib.