Sankt-Peterburqda qəza - Ölən var

Sankt-Peterburqda qəza - Ölən var
17:47

Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

  News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

"Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var", - mətbuat xidməti bildirib. 

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. 

Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır.