Ukrayna ordusu Kursk vilayətində öz tapşırıqlarını yerinə yetirərək, çox uğurlu reyd xarakterli hücum əməliyyatı keçirdi.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Sergey Qrabski bildirib.
"Artıq sentyabr ayının ortalarından bəri deyirdim ki, Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətində öz tapşırıqlarını yerinə yetirib, çox uğurlu reyd xarakterli hücum əməliyyatı keçirib, çoxlu sayda əsir ələ keçirib və Rusiya qoşunlarının əhəmiyyətli bir hissəsinin əsas cəbhə xəttindən diqqətini yayındırıb. Siyasi təsir haqda danışmıram, qoy bunu politoloqlar araşdırsın. Amma hətta general Aleksandr Sırski tərəfindən açıqlanan nəticələr belə, bu əməliyyatın müstəsna uğurunu göstərir", – Qrabski qeyd edib.
Ekspertin sözlərinə görə, ruslar üçün Ukrayna ordusunu Kursk bölgəsindən çıxarmaq şərəf məsələsi idi, xüsusilə də 9 May tarixinədək.
Onun sözlərinə görə, Kursk bölgəsində həyata keçirilən əməliyyatlar Ukrayna ordusunun taktikasının uğurlu olduğunu sübut edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin Suca şəhərinin tamamiləa zad edildiyini açıqlayıb.