Çasov Yar uğrunda gedən döyüşlərdə düşmənə təzyiqi artırmaq üçün rus ordusu yeni gizli ixtiralardan istifadə etməyə başlayıb. Bu barədə “İzvestiya”nın hərbi müxbiri Dmitri Zimenkin özünün sujetində məlumat verib. Qeyd edilib ki, əsgərlər əllərinin altında olan əşya və vasitələrdən istifadə edərək bəzi qurğular yaradırlar. Xüsusi texnika düşmənin texnikasını dayandırmağa, dronları vurmağa, həmçinin gecələr də hədəfləri daha effektiv şəkildə sıradan çıxarmağa kömək edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural