MİT Tehrana lazımi məlumatlar ötürür - İlk dəfə deyil

MİT Tehrana lazımi məlumatlar ötürür - İlk dəfə deyil
11:11

İran, İsrail və Amerika strukturları da daxil olmaqla, xarici kəşfiyyat orqanlarının dəstəklədiyi silahlı qrupun sızma cəhdinin qarşısını alıb.

Bu barədə “İranlı Jurnalistin Gündəliyi” teleqram kanalı yazıb.

“Bu, terrorçular haqqında Türkiyə kəşfiyyat xidməti MIT-dən İrana ötürülən ikinci məlumatdır”, – deyə kanal qeyd edib.

Eyni qurum əvvəllər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana ABŞ və İsrail tərəfindən dəstəklənən və ölkəyə sızan kürd silahlı qruplarını zərərsizləşdirməyə kömək etdiyini bildirmişdi.

“Mənbələrə görə, Türkiyə İrana yaraqlıların hərəkətləri barədə kəşfiyyat məlumatları verib. Daha sonra İİKK qüvvələri əməliyyat keçirib və İlam və Kermanşah əyalətlərində PJAK qruplaşması üzvlərinin əksəriyyətini məhv edib.

MIT yaraqlıların İraqdan gələn marşrutunu izləyib və İranla məlumat mübadiləsini əlaqələndirib ki, bu da sabotajın tez bir zamanda qarşısını almağa imkan verib”, – deyə “Telegram” kanalı yazıb.


Sizin reklam burada
Sizin reklam burada