İranda parlamentin TƏCİLİ İCLASI başladı

İranda parlamentin TƏCİLİ İCLASI başladı
11:35

İran parlamenti bazar günü ölkə daxilində 110-dan çox insanın ölümünə səbəb olan geniş yayılmış etirazlar fonunda təcili iclası başlayıb.

Bu barədə Associated Press (AP) məlumat yayıb.
 

"İran parlamenti bazar günü ölkəni sarsıdan davam edən etirazları müzakirə etmək üçün toplaşıb. Qanunvericilər  "Amerikaya ölüm!" şüarları səsləndirmək üçün kürsüyə axışıblar", - deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir. Belə ki, nümayişlərdə 116 nəfər ölüb, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir.


Sizin reklam burada
Sizin reklam burada