Hələ belə qız istəməyə gedən olmamışdı - VİDEO

Hələ belə qız istəməyə gedən olmamışdı - VİDEO
12:00

Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub.

İstanbulda qız istəməyə gedən bir ailənin qeyri-adi davranışı izləyənlərin diqqətini çəkib. Görüntülərdə bəy namizədi və onun qohumlarının Müslüm Gürsesin məşhur mahnısının sədaları altında fişənglər yandıraraq avtomobil karvanı ilə hərəkət etdikləri əks olunub.Ailə üzvləri bu formada qızın yaşadığı ünvana gəliblər. Qeyri-adi və səs-küylü qız istəmə mərasimi ətrafda yaşayan qonşuların marağına səbəb olub. Hadisənin şahidi olan sakinlər baş verənləri mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Qısa zamanda yayılan görüntülər izləyicilər arasında "hələ belə qız istəməyə gedən olmamışdı" kimi şərhlərlə geniş müzakirələr yaradıb.


Sizin reklam burada
Sizin reklam burada