Qətər Qəzza zolağında vəziyyətin nizamlanması üzrə vasitəçiliyini dayandırıb.
Bu barədə News365.az "Al Arabiya"ya istinadən xəbər verir.
Qətər rəhbərliyi İsrailin Dohada Fələstinin HƏMAS siyasi bürosunun üzvlərinə zərbə endirməs ilə əlaqədar Qəzza zolağında münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, İsrail Dohada Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli liderlərini məhv etmək üzrə əməliyyat keçirib.