Ağ bayraq qaldırmayacağıq, silahlarımızı yerə qoymayacağıq.
News365.az xəbər verir ki, HƏMAS-ın siyasi büro üzvü Suhail əl-Hindi “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, təşkilat işğalçıya qarşı bütün gücü ilə müqaviməti davam etdirəcək.
“Biz ağ bayraq qaldırmayacağıq, silahlarımızı yerə qoymayacağıq və bütün gücümüzlə işğalçıya qarşı mübarizə aparacağıq”, – deyə o vurğulayıb.