Rusiyanın Kamçatka yarımadasında gün ərzində iki dəfə zəlzələ olub

Rusiyanın Kamçatka yarımadasında gün ərzində iki dəfə zəlzələ olub
09:21

Rusiya seysmoloqları Kamçatka yarımadasının şərq sahillərində son 24 saat ərzində 5,0 maqnitudalı ikinci zəlzələni qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsi məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanların episentri Sakit okeanda Petropavlovsk-Kamçatskdan 145 km kənarda yerləşib. Zəlzələ ocağı 46,1 km dərinlikdə olub.


Sizin reklam burada
Sizin reklam burada