Rusiyanın bu vilayətində məktəblərdə hicab qadağan edildi

Rusiyanın bu vilayətində məktəblərdə hicab qadağan edildi
26 Okt 2024 17:02

Rusiyanın Vladimir vilayətinin hakimiyyət orqanları məktəblərdə şagirdlərin dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər geyimləri taxmasını qadağan edib. Bu barədə yerli media məlumat yayıb.

Qeyd edilib ki, regionun Təhsil və Gənclər Siyasəti Nazirliyi oktyabrın 22-də bununla bağlı müvafiq əmr verib. Telegram kanalları sənədin surətini dərc ediblər.

Nazirliyin 2017-ci il tarixli “İbtidai ümumi, əsas ümumi və orta ümumtəhsil təhsili proqramları üzrə təhsilalanların geyiminə dair standart tələblərin təsdiq edilməsi haqqında” əmrinə nazirliyin yeni əmri əlavə edilib. Tələb məktəblilərin xarici görkəminin və geyiminin ümumi qəbul edilmiş sosial işgüzar üslub normalarına uyğun olmasını və dünyəvi xarakter daşımasını nəzərdə tutur.

Tural


Sizin reklam burada
Sizin reklam burada