İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah
Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.
News365.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri
İsrael Katz “Channel 13”ə müsahibəsində deyib.
“Biz onu görə bilsəydik, aradan qaldırardıq. Biz Xameneini
öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin
Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən
komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real
deyildi”, - Katz deyib.
Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala
cavabında isə belə qeyd edib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız
yoxdur”.
Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı bildirirdi ki,
İranın Ali Rəhbərinin öldürülməsi hərbi əməliyyatların əsas hədəflərindən
biridir.