Bu gün axşam saatlarında Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə Alov zavodunun ərazisində qeydə alınıb. Partlayışın səsi yaxınlıqdakı binalarda da hiss edilib və əhali arasında ciddi təşvişə səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Partlayışın dəqiq səbəbi və mümkün tələfatla bağlı rəsmi açıqlama verilməyib.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edilib ki, “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.