Azərbaycanda efir siması olaraq sevilən və “ən gözəl spiker”lərdən biri kimi tanınan Samirə Mustafayeva görünüşündəki dəyişimlə diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə paylaşdığı yeni görüntülər izləyicilərin marağına səbəb olub.
News365.az xəbər verir ki, spiker özü də dəyişimi ilə bağlı bunları deyib: “Elə bil özüm-özümü tanımıram. Tam fərqli bir Samirə görürəm”.
Qeyd edək ki, Samirə Mustafayeva uzun illərdir televiziyada fəaliyyət göstərir və peşəkarlığı ilə yanaşı, xarici görünüşü ilə də tamaşaçıların rəğbətini qazanıb.
Daha ətraflı aşağıdakı linkdə:
https://www.facebook.com/reel/1228275378779330/?rdid=QwvkrVKPBrO6pQTx#