Putin: İsrail–İran münaqişəsini artıq keçmişdə qalmış hesab etmək olar

Putin: İsrail–İran münaqişəsini artıq keçmişdə qalmış hesab etmək olar
26 İyn 2025 21:45

Rusiya Prezidenti Vladimir Putin İsrail və İran arasında yaşanan münaqişənin artıq geridə qaldığını bildirib.

News365.az "TASS"a istinadən xəbər bu barədə o, Avrasiya İqtisadi Forumunda zamanı çıxışında danışıb.

Putinin sözlərinə görə, bu vəziyyət Avrasiya İqtisadi İttifaqının (Aİİ) bütün Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirməsi üçün yeni imkanlar açır:

“May ayında İranla azad ticarət haqqında saziş qüvvəyə mindi. Hazırda Yaxın Şərqdə vəziyyət sabitləşir, İsrail və İran arasında münaqişə də, artıq keçmişdə qalıb, belə hesab edə bilərik”.

Putin qeyd edib ki, bu, regiondakı bütün ölkələrlə münasibətlərin inkişafına təkan verəcək.


Sizin reklam burada
Sizin reklam burada