Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) sammitinə gecikib.
News365.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.
Nəşr yazır ki, Makron qrafikdən bir saat yarım gec gəlib və "son dərəcədə fikirli görünüb".
Mətbuat yazır ki, Fransa rəhbəri liberal qrupun ilkin iclasına gəlməyib və mətbuatla ənənəvi ünsiyyəti qaçırıb.
Bildirilir ki, Aİ liderləri Brüsseldə toplaşıb. Sammitdə Yaxın Şərq, Ukrayna münaqişəsi və miqrasiya böhranının müzakirə ediləcəyi gözlənilir.