Redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Məktub sahibi Zaur Rəsulov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Millət vəkili, Azərbaycan Koperasiya Universitetinin rektoru Eldar Quliyevdən şikayətçidir.
Məktubu olduğu kimi təqdim edirik:
Tərəf yazdığı məktubda daha sonra müəllif yazır:
“Hörmətli mətbuat nümayəndələri!
Eldar Quliyevin bu qərarından sonra payçı tərəf kimi atamın və onun varisi mənim mülkiyyət üzərində olan hüquqlarımız pozulub. Onu da qeyd edim ki, restoran “Mirvari” gizlin şəkildə özəlləşdirmədə Faiq İbrahimovun adına aparıla bilməzdi, çünki o, “Azərittifaq”ın payçısı, eləcə də işçisi deyildi. Yəni, payçı təşkilata məxsusluğu olmayan şəxs idi. Bu mənada Eldar Quliyevə sual olunmalıdır, nə marağı olub ki, həmin obyektə aid payçı şəxsin imzasından, Rəsulovun qərarından savayı, onun razılığı soruşulmadan və ya imtina ərizəsi olmadan 1 hektar torpaq sahəsi daxil obyektı 2000-ci ildə “Azərittifaq”ın saxta qərardatı ilə Faiq İbrahimovun adına özəlləşdirib.
Hesab edirəm, Eldar Quliyevin bu qanunsuzluğu etməsinə səbəb kimi, Faiq İbrahimovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının dayısı olması, onun imkanlı şəxs hesab edilməsi və Faiq İbrahimovun Kəmaləddin Heydərovun nüfuzundan istifadə etməsi idi.”
Bəzi faktları açıqlayan Zaur Rəsulov daha sonra yazır:
“Hörmətli mətbuat nümayəndələri!
Mənim atamın və mənim ailə üzvü kimi “Mirvari” ictimai-iaşə obyektində pay torpağımız və əmlak payımız olub. O iaşə obyektinin pay torpağı üzərində bizim də mülkiyyətimiz olub və bu günə kimi, bizi bu əmlakdan məhrum ediblər. İctimai-iaşə kimi fəaliyyətdə olan obyektin qanunsuz olaraq gizli şəkildə ilk əvvəl öz payçısına təklif edilməməsindən sonra, atam Rəsulov İmaməddin Cümşüd oğlu xəstələndi, bir müddət sonra dünyasını dəyişdi, anam bu hadisədən sonra əsəbdən xəstəlik tapdı.
Hətta bu ədalətsiz qərardan həmin ərəfədə ölkə rəhbərliyinə, digər dövlət orqanlarına şikayət etmək istədim. Onda da mənə bildirildi ki, şikayət etməyin, sizin halal haqqınız alınacaq, payçı olduğunuza görə pulunuz veriləcək. Bu qanunsuz qərardan 24 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizim ailənin haqqı hazırkı bazar dəyəri nəzərə alınmaqla hələ ödənilməyib, məni bu günün özündə də aldadırlar. Eldar Quliyevdən qaynaqlanan, Faiq İbrahimovla yaşanan problem bu günün özündə də həllini tapmayıb. Bir tərəfdən əmlak hüququmuzu pozublar, digər tərəfdən, məni hazırda da aldadırlar.
Onu da qeyd edim ki, bir müddət sonra Faiq İbrahimov iz itirmək üçün dəyəri bir milyon manata yaxın həmin obyekti 1 hektar torpaq ərazisi daxil olmaqla, “SOCAR”da məsul vəzifədə çalışan Fərid Cəfərov adlı şəxsə satdı. Bildiyim qədər, obyekt Fərid Cəfərovun xalası Məcidova Tamella Paşa qızının adına rəsmiləşdirildi və hazırda 3 milyon manata satışa çıxarılıb.
Sizdən xahiş edirəm, bu illər ərzində bərpa edə bilmədiyim haqqımın bərpasında mənə kömək edin,
Sizlərə müraciətimi ictimailəşdirin.
Sizlərə əvvəlcədən təşəkkürümü bildirirəm.”