Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
26 İyn 2025 21:30

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News365.az-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada