Rusiyanı təriflədi, yeni hökumətin tərkibinə düşmədi

Rusiyanı təriflədi, yeni hökumətin tərkibinə düşmədi
16 Apr 2025 17:07

Serbiyada maraqlı hadisə baş verib. Sosialistlər Hərəkatı Partiyasının sədri Bojan Torbiça Rusiyanı dəstəkləmək barədə danışan Serbiya baş nazirinin müavini Aleksandr Vulinin respublikanın yeni hökumətinin tərkibinə daxil edilmədiyini bildirib. Bu barədə "Gazeta" məlumat yayıb.

Torbiça qeyd edib ki, əgər Vulin yeni kabinetdə təmsil olunsaydı, bu, serb xalqının maraqlarına uyğun olardı. Siyasətçi onun hökumətin işinə, eləcə də Rusiya və Çin də daxil olmaqla BRİKS ölkələri ilə əməkdaşlığa böyük töhfə verdiyini qeyd edib.

Eyni zamanda, sosialistlərin rəhbəri bəyan edib ki, partiyaları prezident Aleksandr Vuçiçin hakim Serb Tərəqqi Partiyası ilə qarşıdurmaya girməyəcək: "Çünki biz Serbiyanın daha yaxşı gələcək uğrunda mübarizəsi üçün uzun müddətdir ki, birlikdə addımlayırıq”.

Qeyd edək ki, məşhur serb siyasətçi Vulin dəfələrlə Rusiya Federasiyası ilə sıx tərəfdaşlıq münasibətlərinin tərəfdarı olduğunu bəyan edib. O, hətta 2024-cü ilin oktyabrında həyatının son gününə qədər Rusiya ilə dostluq uğrunda mübarizəyə hazır olduğunu bəyan etmişdi. Avropa İttifaqı fəal şəkildə onun yenilənmiş Nazirlər Kabinetinə daxil edilməsinə qarşı çıxırdı.



Tural 


Sizin reklam burada
Sizin reklam burada