Rusiyada hərbi parad ləğv edilib

Rusiyada hərbi parad ləğv edilib
25 İyl 2025 22:00

Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü üçün əsas dəniz paradı, gəmilərin marşı ləğv edilib.

News365.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun Nəqliyyat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 27-də Sankt-Peterburq akvatoriyasında Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş tədbirlər keçirilməyəcək. Atəşfəşanlıq nümayişi, əsas dəniz paradı, həmçinin yelkənli, avarçəkmə və motorlu su gəmiləri və dəniz skuterlərinin marşı ləğv edilib”, - məlumatda deyilib.


Sizin reklam burada
Sizin reklam burada