Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
News365.az-ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, nazir vəzifə səlahiyyətlərini aşmaqda (sui-istifadə etməkdə) şübhəli bilinir.
Həmçinin bildirilir ki, istintaq dövlət müqavilələrinin bağlanması və icrasında yol verilən pozuntularla əlaqəlidir.